Paulu Bentu: Marat İzmaylovun Azərbaycanda işləri necədir?
23.02.2014 - 14:39
Paulu Bentu: Marat İzmaylovun Azərbaycanda işləri necədir?

Portuqaliya millisinin baş məşqçisi Paulu Bentu “Qəbələ”nin futbolçusu Marat İzmaylovla maraqlanıb. Apasport.az saytının məlumatına görə, AVRO-2016-nın seçmə mərhələsinin bu gün Fransanın Nitsa şəhərində keçirilən püşkatmasına qatılan mütəxəssis rusiyalı yarımmüdafiəçinin durumuna biganə deyil.

 

Belə ki, püşk öncəsi ondan müsahibə almaq istəyən şimallı həmkarlarımız Bentunun sualı ilə üz-üzə qalıb. Çalışdırıcı püşk haqda danışmaqdan boyun qaçırsa da, Maratla maraqlanıb: “Gəlin, püşkdən sonra danışaq. Yeri gəlmişkən, Marat İzmaylovun Azərbaycanda işləri necə gedir?”

 

Qeyd edək ki, “Porto”dan icarəyə götürülən İzmaylov “Spotyinq”də məhz Bentunun rəhbərliyi altında çıxış edib.