Paytaxt derbisində cəza yağışı
16.09.2014 - 12:00
Paytaxt derbisində cəza yağışı

Azərbaycan çempionatının I divizionunun II turunun MOİK – “Lokomotiv” matçında baş verənlərin günahkarları cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, paytaxt derbisində yaşananları bugünkü iclasında müzakirə edən AFFA-nın İntizam Komitəsi müvafiq qərarlar çıxarıb.

 

Matçın 45+1-ci dəqiqəsində “Lokomotiv”in futbolçusu Haqverdi Yusifov öz komanda yoldaşını təhqir edib. Buna görə meydandan qovulan “dəmiryolçu” AFFA-dan da cəzasını alıb. Yusifov 3 oyun cəzalanıb, klubu isə 200 manat cərimə olunub.

 

Qarşılaşmanın 73-cü dəqiqəsində MOİK-in iki oyunçusu - Orxan Müzəffərli və Röyal Nəcəfov “Lokomotiv”in üzvü Nicat Əsgərovla insidentə səbəb olub. Hər üç futbolçu aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bu üzdən onlar hərəyə 2 oyun cəzalanıb, klublar onların hərəsi üçün 200 manat cərimə olunub.