Topaz Premyer Liqasının XVII turunda keçiriləcək oyunları idarə edəcək hakimlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu gün start götürəcək turun mərkəzi oyunu Əliyar Ağayevə tapşırılıb.
FİFA referisi “İnter”lə “Neftçi” arasında paytaxt derbisini idarə edəcək. “Xəzər Lənkəran”la “Qarabağ” arasında görüş isə gələn ildən FİFA statusu alacaq Orxan Məmmədova həvalə olunub.
17 dekabr (çərşənbə)
14:00. “Bakı” – AZAL
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, İsgəndər Əliyev, Vüsal Əliyev
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
18 dekabr (cümə axşamı)
15:00. “Sumqayıt” – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə, Rza Məmmədov, İnqilab Məmmədov
“Kapital Bank Arena”
17:00. “Xəzər Lənkəran” – “Qarabağ”
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Knyaz Əmiraslanov, Ramil Diniyev
“Xəzər Lənkəran” mərkəzi stadionu
17:00. “İnter” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Zeynal Zeynalov, Ömər Paşayev
“İnter Arena”
Mənbə: affa.az
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı