Paytaxt derbisinin hakimi müəyyənləşdi
24.02.2015 - 09:54
Paytaxt derbisinin hakimi müəyyənləşdi

Topaz Premyer Liqasının III turundan təxirə salınmış AZAL – “Neftçi” oyunu üçün bütün təyinatlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu gün baş tutacaq qarşılaşmanı Elvin Əsgərov idarə edəcək.

 

Saat 15:00-da start götürəcək paytaxt derbisinə 6 hakim təyinat alıb. Belə ki, matçda Əlavə köməkçi hakimləri də iştirak edəcək.

 

III turdan təxirə salınan oyun

24 fevral (çərşənbə axşamı)
15:00. AZAL – “Neftçi”

Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, Nahid Əliyev, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Diniyev
AZAL Arena