Paytaxt klubundan 3-cü rəsmi transfer
03.07.2016 - 18:58
Paytaxt klubundan 3-cü rəsmi transfer

PSJ bu mövsüm 3-cü transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, parislilər Tomas Munye ilə anlaşıblar.

 

Belçika millisi ilə Avropa çempionatında uğurlu çıxış edən sağ cinah müdafiəçisi “Fənərbaxça”ya satılan hollandiyalı Van der Vilin əvəzinə alınıb.

 

Tərəflər arasında 2020-ci ilə kimi anlama əldə edilib. Munyenin PSJ-də nə qədər qazanacağı haqqında açıqlama verilməsə də, onun üçün “Brügge”yə 6milyon avro ödənəcəyi açıqlanıb.

 

Qeyd edək ki, paytaxt klubu daha əvvəl Hatem ben Arfa və Qjeyqoj Krıxkovyakı da rəsmən rənglərinə bağlayıb.

0