Paytaxt təmsilçisi 4 qrupa parçalandı
07.01.2015 - 09:08
Paytaxt təmsilçisi 4 qrupa parçalandı

Türkiyədəki təlim-məşq toplanışı davam etdirən Bakının “İnter” klubu hazırlığın 4-cü gününü arxada qoyub. Apapsort.az saytının məlumatına görə, paytaxt təmsilçisi günü 1 məşqlə tamamlayıb.

 

Axşam saatlarında baş tutan məşqə futbolçular isinmə hərəkətləri ilə start veriblər. Daha sonra futbolçular topla çalışıblar. Məşqin sonunda 4 qrupa ayrılaraq bir-birilərinə qarşı futbol oynayıblar.

 

Qeyd edək ki, toplanışın hazırlıq planına uyğun olaraq “İnter” bu gün 2 dəfə məşq edəcək. Yanvarın 8-də bakılılar Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama görüşünə çıxacaq. Bu matçda “İnter” Türkiyənin "İnegölspor" komandası ilə qarşılaşacaq. Bu oyun "Kaya Palazzo Golf Resort" otelinin meydançalarının birində baş tutacaq.

 

Mənbə: inter.az