Paytaxt təmsilçisi titulunu qorudu
26.05.2014 - 08:05
Paytaxt təmsilçisi titulunu qorudu

Polşa çempionatında qalibin adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Varşavanın “Legiya” klubu son 2 tur ərəfəsində çempionluğunu bayram edib.

 

Paytaxt təmsilçisi final mərhələsinin V turunda sevinib. Buna onların ən yaxın izləyicisi “Lex”in xal itkisi səbəb olub. Poznanlılar öz meydanında “Poqon”a xal verməklə (0:0) “Legiya”nı çempion edib. Ertəsi gün meydana çıxan çempion “Rux”a 0:2 hesabı ilə uduzsa da, 1-ci yeri təmin edib. Finişə 2 tur qalmış Varşava təmsilçisinin 44, “Lex”in 37 xalı var.

 

Ardıcıl 2-ci, ümumilikdə 10-cu dəfə Polşa çempionu olan “Legiya” Çempionlar Liqasının II təsnifat mərhələsinə vəsiqə əldə edib.