Çempionlar Liqasının II təsnifat mərhələsinin daha bir iştirakçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Rabotniçki” klubu Makedoniya çempionu titulunu qazanıb.
Skopye təmsilçisi ölkə çempionatının sonuna 1 tur qalmış qızıl medalları təmin edib. XXXII turda “Qorno Lisitse”ni 2:0 hesabı ilə məğlub edən “Rabotniçki” xallarını 62-yə çatdırıb. Çempionun ən yaxın izləyicisi “Turnovo”nun “Vardar”a 1:2 hesabı ilə uduzması isə skopyelilərin çempionluğunu rəsmiləşdirib. Sonuncu tur ərəfəsində 5 xallıq fərq “Rabotniçki”ni çempion edib.
Qeyd edək ki, sonuncu dəfə 2007/08 mövsümündə çempion olan paytaxt təmsilçisi tarixində 4-cü dəfə ölkənin ən yaxşısı olub.