Pedro: “Barselona”da qalıb-qalmayacağımı bilmirəm
26.05.2014 - 23:27
Pedro: “Barselona”da qalıb-qalmayacağımı bilmirəm

 

“Barselona”nın hücumçusu Pedro komandadakı taleyi ilə bağlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, futbolçu yay mövsümündə komandanı tərk edəcəyini istisna etməyib.

 

Pedro klubda xoşbəxt olduğunu vurğulayıb: “Amma gələcəkdə məni nə gözlədiyini deyə bilmərəm. Vacib oyunlarda daha çox oynamaq istərdim. Amma meydana az buraxırlar. Ümumilikdə mən razıyam. Çünki meydana çıxdığım anlarda komandaya kömək edə bilmişəm. Görək növbəti mövsüm necə olacaq. “Barselona”nın heyətinə düşmək asan deyil. Məşqçi başqa oyunçuları oynatmaq istəyir, mən onun seçiminə hörmətlə yanaşıram”.

 

Pedro yeni baş məşqçi Luis Enrike barəsində də danışıb: “Hesab edirəm ki, “Barselona” gözəl seçim edib. O, komandanın oyununun incəliklərini bilir. Luis Enrikenin xarakteri var və oyunu dəqiq görür”.