“Barselona”nın yarımmüdafiəçisi Pedro Rodriges karyerasını İngiltərədə davam etdirəcək. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, 27 yaşlı futbolçu “Çelsi” ilə anlaşıb.
Arda Turanın transferindən sonra əsas heyətə düşmək şansını tamam itirən Pedro Premyer Liqa klubları arasında seçim etməli olub. “Arsenal” və “Liverpul”a “yox” cavabını verən İspaniya millisinin üzvü “Çelsi” ilə razılıq əldə edib. Bu keçid yaxın günlərdə rəsmiləşəcək. London klubunun bu transferə görə nə qədər pul xərcləyəcəyi və Pedronun neçə illik müqavilə imzalayacağı barədə hələlik açıqlama verilmir.
Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Pedro Rodriges 2008-ci ildən bu günə kimi peşəkar futbolçu kimi bu klubun formasını geyinib.