Pele: Braziliya İspaniya ilə qarşılaşmamalıdır
27.05.2014 - 06:33
Futbol kralı Pele İspaniyanın oyununu çox bəyənib. Apasport.az saytının məlumatına görə, üçqat dünya çempionu Braziliya yığmasının İspaniya yığması ilə qarşılaşmasının son dərəcə arzuedilməz olduğunu bildirib.
“İspaniya millisi müasir futbol oynayır. Əgər paralellər aparsaq, İspaniya yığmasını 1970-ci illərin Hollandiyası ilə müqayisə edərdim. İspaniya həmin sürətə malikdir, rəqibi oynamağa qoymur. Bu, izlənilməsi çox maraqlı olan gözəl komandadır”.
0
0