Pele: Dünya çempionatına hazırlığımız biabırçılıqdır
20.05.2014 - 06:52
Pele: Dünya çempionatına hazırlığımız biabırçılıqdır

 

Əfsanəvi Pele Braziliyanın futbol üzrə dünya çempionatına hazırlığını biabırçılıq adlandırıb. Apasport.az saytının məlumatına görə, turnirin başlamasına 1 ay qalsa da, stadionlar hazır deyil.

 

Pele belə yanaşmanın yolverilməz olduğunu bildirib: “Bizim bir neçə ilimiz vardı və bu vaxt kifayət edirdi. Biabırçılıqdır. Hər şeyin yaxşı olacağına ümid edirəm. Amma baş verənlər barəsində düşünəndə, pis oluram. Bu, mənim əhvalımı korlayır. Mənim ölkəmdə etiraz mitinqlərinə çıxanları başa düşə bilərəm”.