Dünya futbolunun əfsanəsi Pele populyar “One Direction” pop-qrupuna üzv olmaq istədiyini elan edib. Apasport.az satının məlumatına görə, o, bu barədə qrupun San-Paulodakı çıxışı zamanı bildirib.
Qrup üzvləri Pelenin onların çıxışını izlədiyini bilmirlərmiş. 73 yaşlı braziliyalı gözlənilmədən konsertin keçirildiyi “Morumbi” stadionunun səhnəsinə qalxıb, musiqiçilərə üzərində onların adları olan futbol köynəkləri bağışlayıb, onları çox sevdiyini və qrupa gitaraçı kimi üzv olmaq istədiyini deyib: “Sizin qrupunuzu çox sevirəm. Mən gitarada ifa edirəm və biz nə zamansa bir yerdə nəsə edəcəyik. Mən futbol oynamaq istəmirəm, amma gitarada ifa edərəm. Braziliyaya xoş gəlmisiniz və sizə uğurlar arzulayıram”.
Bəzi məlumatlara görə, Pelenin nümayəndələri və “One Direction”un menecmenti artıq danışıqlara başlayıblar.
“One Direction” 2010-cu ildə yaradılan ingilis-irland pop-qrupudur. Onlar şou-biznesə Britaniyanın X-Factor tele-şousunun köməyi ilə gəliblər. Bu günə qədər qrupun 30 milyon diski satılıb.