Braziliya yığmasının sabiq futbolçusu Rivaldo sahibi olduğu “Moji-Mirin” klubuna yeni baş məşqçi gətirib. Apasport.az saytının məlumatına görə, o, bu postu “Futbol kralı” Pelenin oğlu Edinyoya həvalə edib.
Edinyo 1990-cı illərdə vaxtilə atasının da çıxış etdiyi “Santos” klubunun formasını geyinib. Karyerasını başa vurduqdan sonra komandada qalaraq, qapıçılarla işləyən məşqçi funksiyasını (2007-2010) yerinə yetirib. Sonrakı 4 il ərzində isə baş məşqçi köməkçisi vəzifəsini icra edib.
2005-ci ildə narkotik satanların zərərsizləşdirilməsi əməliyyatında tutulan Edinyo günahını boynuna almasa da, marixuana istifadəçisi olduğunu etiraf edib. 2006-cı ildə isə o, məhkəmənin qərarı ilə 6 ay müddətinə azadlıqdan məhrum edilib.