Penev Azərbaycanla oyunöncəsi problemlərdən danışdı
21.05.2014 - 15:24
Penev Azərbaycanla oyunöncəsi problemlərdən danışdı

“Ölkə çempionatı oyununu izləyəndə 22 futbolçudan 15-nin legioner olmasını görmək üzücüdür. Bu məqam bizə ciddi problemlər yaradır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bolqarıstan millisinin baş məşqçisi Lyubo Penev deyib.

 

AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan komandanın çalışdırıcısı mayın 23-də Kanada ilə keçiriləcək yoxlama oyunu öncəsi müsahibə verib. Penev Avstriyadakı oyun ərəfəsində narahat edən məqamlara toxunub: “Bolqarıstanda kifayət qədər gənc futbolçu var. Lakin onlara şans vermək, çalışmaq lazımdır. Yığmanın yoldaşlıq oyunlarının da sayı azdır. Sentyabrın 9-da Azərbaycanla görüşəcəyik. İndiki oyun həmin matç öncəsi son sınaqdır. Futbolçularımızı bir də Bakıdakı qarşılaşma ərəfəsində bir yerə yığacam. Bu da işimizi xeyli çətinləşdirir”.

 

Qeyd edək ki, seçmə mərhələnin H qrupunun sentyabrın 9-da Bakıda keçiriləcək Azərbaycan – Bolqarıstan oyunu saat 21:00-da başlayacaq.