Pepe Çempionlar Liqasının finalını buraxa bilər
09.05.2014 - 21:06
Pepe Çempionlar Liqasının finalını buraxa bilər

 

“Real Madrid”in ən önəmli futbolçularından biri olan Pepe Çempionlar Liqasının finalını buraxa bilər. Apasport.az saytının məlumatına görə, portuqaliyalı müdafiəçi İspaniya çempionatının 34-cü turunda “Valyadolid”lə oyunda zədələnib.

 

Tibbi yoxlama 31 yaşlı futbolçunun sağ ayağının baldırından ciddi zədələndiyini müəyyən edib. Pepe mövsümün yerdə qalan hissəsini buraxa bilər. Həkimlər onun 15 gün ərzində sağalacağına şübhə ilə yanaşırlar.

 

“Real”ın digər oyunçuları Kriştiano Ronaldo və Anxel Di Marianın zədəsi ciddi olmayıb və hər iki oyunçu ən yaxın vaxtda meydana çıxa biləcək.