Pepe yeni müqavilə bağladı, Serxio Ramosun da taleyinə aydınlıq gəldi
12.08.2015 - 17:56
Pepe yeni müqavilə bağladı, Serxio Ramosun da taleyinə aydınlıq gəldi

“Real”ın mərkəz müdafiəçisi Serxio Ramosun gələcək taleyinə aydınlıq gəlib. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, “Mançester Yunayted”in maraq dairəsində olan ulduz futbolçu “Real”da qalmaq qərarına gəlib.

 

Maaş məsələsində uzun müddət rəhbərliklə ortaq məxrəcə gələ bilməyən 29 yaşlı oyunçu prezident Florentino Pereslə görüşdükdən sonra fikrini qətiləşdirib. İspaniya millisinin üzvü Peresin yeni müqavilə təklifini qəbul edib. Kapitan gələn həftə anlaşmasının müddətini 2020-ci ilə qədər uzadacaq. Rasmosun illik məvacibi isə vergi haqqı istisna olmaqla 8,5–9 milyon avro təşkil edəcək.

 

“Real”ın digər mərkəz müdafiəçisi Pepe isə artıq yeni müqaviləyə qol çəkib. 32 yaşlı portuqaliyalı yeni sazişə görə, 2017-ci ilin yayına qədər “Real”a məxsus olacaq.