Petar Şkuletiç: Əgər oyuna qorxaq başlasaq...
28.08.2014 - 15:23
Petar Şkuletiç: Əgər oyuna qorxaq başlasaq...

“Bizi çox çətin oyun gözləyir. Çünki biz ilk matçda qapımızdan 2 top buraxmışıq. Buna imkan verməməliydik”. Apasport.az saytının məlumatına görə, bunu “Partizan”ın hücumçusu Petar Şkuletiç deyib.

 

24 yaşlı hücumçu bu gün “Neftçi” ilə görüşdə “Partizan”ın qol ümidi olacaq. Şkuletiç məsul qarşılaşmadan öncə verdiyi müsahibəsində Bakıda hücum futbolu oynamalı olduqlarını bildirib: “Biz yenə də hücumda oynayacağıq. Əgər oyuna qorxaq başlasaq, bunun pis fəsadları ilə qarşılaşa bilərik. Çünki “Neftçi” yaxşı komandadır. Bir-birləri ilə anlaşa bilən 4-5 yüksək səviyyədə oyunçuları var. Ancaq əminəm ki, biz bu rəqibə qarşı səfərdə də yaxşı oyun göstərə bilərik”.

 

“Partizan”ın 3:2 hesabı ilə qalib gəldiyi matçda “Neftçi”nin 4 qol vurması Belqradda lətifə kimi qəbul edilir. 1.93 metr boyu olan hücumçu bu dəfə eyni səhvləri təkrarlamayacaqlarına söz verib: “Belqradda buraxdığımız səhvləri təkrarlamayacağıq. Həmin oyunda kimin səhvlərə görə məsuliyyət daşıdığını bilmirəm. Biz kollektiv futbol oynayırdıq...”

 

Şkuletiçin sözlərinə görə, Bakıda hazırda temperaturun yüksək olması və mərkəzi arenanın qazonun pis vəziyyətdə olması onlar üçün bəhanə sayılmamalıdır: “Hər şey öz əllərimizdədir. Əgər onlar Belqraddakı şəraitə uyğunlaşa bilibsə, niyə də biz Bakıdakı şəraitə öyrəşməyək. Biz hər şeyə hazırıq, heç bir bəhanəmiz yoxdur!”