Peter Şmeyxel baş məşqçi oldu
13.07.2015 - 11:27
Peter Şmeyxel baş məşqçi oldu

Danimarka futbolunun canlı əfsanəsi Peter Şmeyxel baş məşqçiliyə başlayıb. Apasport.az saytı xəbər verir ki, sabiq qolkiper yenidən İngiltərədə çalışacaq.

 

“Mançester Yunayted”də 8 uğurlu mövsüm keçirmiş, həmçinin “Aston Villa” və “Mançester Siti”də də çıxış etmiş Şmeyxel “Lester”in “sükanı arxası”na keçib. Bu, 52 yaşlı mütəxəssisin baş məşqçi kimi ilk təcrübəsi olacaq.

 

Qeyd edək ki, Premyer Liqa klubu "Lester"in əsas qapıçısı Peter Şmeyxelin oğlu Kasper Şmeyxeldi.