Xerard Pike karyerasını bitirəcəyi klubun adını açıqladı
13.02.2015 - 18:11
Xerard Pike karyerasını bitirəcəyi klubun adını açıqladı

“Barselona”nın müdafiəçisi Xerard Pike gələcək karyerası ilə bağlı yayılan söz-söhbətlərə son qoyub. Bir neçə klubun maraq dairəsində olan İspaniya millisinin üzvü “Barselona”nı tərk etməyə hazırlaşmır.

 

28 yaşlı mərkəz müdafiəçisi təkliflərə baxmayaraq, karyerasının sonuna qədər Kataloniya klubuna sadiq qalacağını bildirib.

 

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Xerard Pike yeniyetmə yaşlarında yollandığı “Mançester Yunayted”dən 2008-ci ildə “Barselona”ya qayıdıb.