Pike rəsmən imza atdı
27.05.2014 - 05:29
Pike rəsmən imza atdı

 

“Barselona”nın və İspaniya millisinin müdafiəçisi Jerar Pike klubla yeni uzunmüddətli müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, yeni müqavilə 2019-cu ilə qədər qüvvədə olacaq.

 

Pike yeni baş məşqçi Luis Enrike ilə çalışacağına şad olduğunu bildirib: “Enrike mətbuat konfransında ideya və məqsədlərini açıqladı. O, “Barselona” ilə yaxşı tanışdır. Güman edirəm ki, kluba çox şey verə biləcək. Birgə işimizi səbirsizliklə gözləyirəm. “Barselona” zirvədə olmalı, titullar qazanmalıdır. Bu, superklub üçün çox vacibdir. Bizim qayıtmaq üçün hər şeyimiz var”.