Pirandelli daha 2 il İtaliya yığmasında
27.05.2014 - 01:44
İtaliya yığmasının baş məşqçisi Çezare Pirandelli Milli Futbol Federasiyası ilə müqaviləni uzadıb. Apasport.az saytının məlumatına görə, müqavilə daha 2 il müddətinə uzadılıb.
Pirandelli ilə müqavilənin dünya çempionatından öncə yenilənməsi onu böyük inamın olduğunu göstərir. Pirandellinin komandası Avro-2012-də finalda İspaniyaya uduzaraq, ikinci olub. Bir il sonra isə “Skuadra adzurra” Braziliyada keçirilən Konfederasiya Kubokunda bürünc medal qazanıb.
Qeyd edək ki, İtaliya yığması dünya çempionatında İngiltərə, Uruqvay və Kosta-Rika ilə bir qrupda çıxış edəcək.
0
0