Pizarro futboldan doymur
17.05.2016 - 19:30
Pizarro futboldan doymur

Klaudio Pizarro “Verder”lə yeni müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, bu barədə klub xəbər yayıb.

 

Anlaşmaya əsasən, 37 yaşlı forvard daha bir mövsüm "bremenli musiqiçilər"in şərəfini qoruyacaq.

 

"Özümü çox yaxşı hiss edirəm və daha bir mövsüm bu klubun şərəfini qoruyacağıma görə xoşbəxtəm. Geridə qalan mövsüm mənim üçün çox çətin, ancaq möhtəşəm oldu. Ümid edirəm ki, növbəti il daha yaxşı mövsüm keçirəcəyik. Bunun üçün əlimdən gələn hər şeyi edəcəm" – deyə təcrübəli futbolçu klubun telekanlına açıqlamasında bildirib.

 

Qeyd edək ki, Pizarro Bundesliqanın son mövsümündə meydana çıxdığı 28 oyunda 14 qola imza atıb. O, "Verder"in heyətində Bundesliqada ümumilikdə 103 qola imza atıb.

0