Platini apellyasiya şikayəti verir
09.01.2016 - 17:57
Platini apellyasiya şikayəti verir

Futboldan 8 il müddətinə kənarlaşdırılan UEFA-nın sabiq prezidenti Mişel Platini bu qərardan narazı qalıb. Apasport.az saytının məlumatına görə, fransalı futbol funksioneri qərarla bağlı apellyasiya şikayəti verəcək.

 

Bunu onun vəkili Tibo Dales açıqlayıb. O bildirib ki, FİFA-nn Etika Komitəsi Platini və FİFA-nın sabiq prezidenti Zepp Blatterə qərarla bağlı sənədləri göndərib.

 

Vəkilin sözlərinə görə, sənədləri aldıqdan sonra təhlil edib, yanvarın 11-də apellyasiya şikayəti verəcəklər.