Platinidən FİFA prezidentinə etiraz
09.12.2014 - 18:42
Platinidən FİFA prezidentinə etiraz

UEFA prezidenti Mişel Platini FİFA prezidentliyinə yeni şəxsin gətirilməsini istəyir. Apasport.az saytının məlumatına görə, keçmiş futbolçu “Blatterin işini bəyənirsizmi” sualına kəskin cavab verib: “Xeyr. Mən 1998-ci ildə Blatterə dəstək olmuşam. Amma daha bəsdi. Bir neçə il keçəndən sonra prezident dəyişməlidi. FİFA-nın şöhrəti gündən-günə azalır. Bunun əsas günahkarı isə Blatterdi. Artıq kənara çəkilməlidi. Bunu edəcəyinə isə inanmağım gəlmir. FİFA prezidentliyinə yeni adam seçilməlidi”.

 

FİFA prezidentliyinə seçkilər 2015-ci ilin may ayında Sürixdə keçiriləcək.