Poladov müqaviləsini yenilədi
16.05.2014 - 17:51
“İnter” daha bir futbolçu ilə müqaviləsini uzadıb. Apasport.az xəbər verir ki, “bankirlər” 34 yaşlı qapıçısı Elşən Poladovla müqaviləni daha bir il uzatmağı qərara alıblar. Beləliklə uzun müddətdir ki, paytaxt təmsilçisinin şərəfini qoruyan qolkiper daha bir il komandada qalacaq.
Xatırladaq ki, bundan öncə “İnter” Baçana Sxadadze, Arif Daşdəmirov, Georgi Lomaya, Laşa Salukvadze və Slavço Georgiyevski ilə müqaviləsini yeniləmişdi.
0
0