Polis “PSV Eyndhoven”in matçının təxirə salınmasına səbəb oldu
05.08.2015 - 10:14
Polis “PSV Eyndhoven”in matçının təxirə salınmasına səbəb oldu

Həftəsonu startı veriləcək Hollandiya çempionatının yeni mövsümü təxirəsalma ilə başlayacaq. Apasport.az saytı xəbər verir ki, 2015/16 mövsümünün ilk turunun 4 qarşılaşması başqa vaxta keçirilib.

 

Maraqlıdı ki, buna səbəb Hollandiya polisinin oyunlar zamanı təhlükəsizliyi təmin etməkdən boyun qaçırması olub. Artıq 4 qarşılaşma – “Herenven” – “De Qrafşap”, "Zvolle" - "Kambur", "Den Haq" – “PSV Eyndhoven” və "Villem II" - "Vitess" oyunları qeyri-müəyyən vaxta təxirə salınıb.

 

Hətta açılış turunun digər görüşlərinin də təxirə salınması istisna deyil.

 

Qeyd edək ki, təqvimə əsasən, Hollandiya Erediviziyasında yeni mövsüm avqustun 7-də start götürməlidi.