Polşaya gedəcək hakimlərimizin siyahısı açıqlandı
08.07.2014 - 16:07
Polşaya gedəcək hakimlərimizin siyahısı açıqlandı

İyulun 10-dan 25-dək Polşanın paytaxtı Varşavada Topaz Premyer Liqasının oyunlarına təyinat alan hakim və onların köməkçiləri üçün təlim-məşq toplanışı keçiriləcək. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, toplanışda 19 baş hakim və 19 laynsmanlar iştirak edəcək.

 

Bunlar referilərdən Əliyar Ağayev, Rəhim Həsənov, Anar Salmanov, Fariz Yusifov, Orxan Məmmədov, İnqilab Məmmədov, Elvin Əsgərov, Ramil Diniyev, Ömər Paşayev, Etibar Həsənov, Ziya Nəsirov, Mahir Məmmədov, Rəşad Əhmədov, Emin Nağıbəyov, Sərxan İsmayılov, Nail Nağıyev, Qorxmaz Eldarov, Fərid Məmmədov, Xəlil Xəlilov, laynsmanlardan isə Yaşar Abbasov, Vaqif Musayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Namiq Hüseynov, Mübariz Haşımov, Rza Məmmədov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Akif Əmirəli, Rəvan Həmzəzadə, Coşqun Həsənov, Azər Əsgərov, Elman Musayev, İsgəndər Əliyev, Cavanşir Yusifov, Rahil Ramazanov, Vüsal Qəmbərov və Elşən Acalovdu.