Poqbanı ver, 70 milyon avro qazan
04.04.2015 - 16:04
“Barselona” yayda super transfer həyata keçirməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, Kataloniya klubu “Yuventus”un fransalı futbolçusu Pol Poqbanı heyətinə qatmaq niyyətindədi.
Qarşı tərəflə danışıqlara start verən “Barsa” rəhbərliyi keçidin baş tutması üçün 70 milyon avro xərcləməyə hazırdı. Baş məşqçi Luis Enrike karyerasının son dövrünü yaşayan Xavi Ernandesin yerini məhz Poqba ilə doldurmaq fikrindədi.
Qeyd edək ki, Fransa yığmasına da dəvət alan Poqba 2012-ci ildən “Yuventus”da çıxış edir. O, Turin klubunda ümumilikdə 122 matçda 23 dəfə fərqlənib.
0
0