Portuqaliya – Azərbaycan oyununun vaxtı açıqlandı
03.09.2014 - 15:40
Portuqaliya – Azərbaycan oyununun vaxtı açıqlandı

Avropa çempionatının ilkin seçmə qrup mərhələsində çıxış edəcək 17 yaşadək qızlardan ibarət yığmamızın oyunlarının vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Siyasət Əsgərovun başçılıq etdiyi yığmamızın yer aldığı üçüncü qrupun oyunları Macarıstanda keçiriləcək.

 

Komandamız ilk oyununda İsveçrə ilə qarşılaşacaq. İkinci turda meydan sahiblərini sınağa çəkəcək millimizin son rəqibi Portuqaliya olacaq. Yığmamızın bütün oyunları Bakı avxtı ilə saat 16:30-da başlayacaq.

 

11 oktyabr

16:30. İsveçrə - Azərbaycan

Buk. Buk stadionu

16:30. Macarıstan – Portuqaliya

Şombateli. Kirali İdman Mərkəzinin stadionu

 

13 oktyabr

16:30. İsveçrə - Portuqaliya

Şombateli. Kirali İdman Mərkəzinin stadionu

16:30. Azərbaycan – Macarıstan

Buk. Buk stadionu

 

16 oktyabr

16:30. Macarıstan – İsveçrə

Şombateli. Kirali İdman Mərkəzinin stadionu

16:30. Portuqaliya – Azərbaycan

Buk. Buk stadionu