21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının yer aldığı VIII qrupda 1 qarşılaşma baş tutub.
Turnir cədvəlinin vahid lideri Portuqaliya Makedoniyanın qonağı olub. Bu matçadək itkisiz irəliləyən pireneylilər yenə 3 xal qazanıb. Qrupumuzun lideri ilk hissədə penalti zərbəsindən yararlana bilməsə də, ikinci 45 dəqiqədə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, qrupumuzda növbəti oyun iyunun 1-nə təsadüf edəcək. Həmin gün Azərbaycan millisi Bakıda Norveç yığması ilə oynayacaq.
23 may
VIII qrup
MAKEDONIYA – PORTUQALIYA – 0:1
Tyaqo İlori, 64
|
1 |
Portuqaliya |
6 |
6 |
0 |
0 |
17-4 |
18 |
|
2 |
İsrail |
5 |
3 |
0 |
2 |
17-11 |
9 |
|
3 |
Norveç |
6 |
1 |
0 |
5 |
9-17 |
6 |
|
4 |
Makedoniya |
6 |
1 |
1 |
4 |
3-8 |
4 |
|
5 |
AZƏRBAYCAN |
5 |
1 |
1 |
3 |
5-11 |
4 |