17 və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millilərinin 2015-ci ildə keçirəcəyi qitə miqyaslı matçların yeri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu gün baş tutan püşkatmalardan sonra rəqiblərinin kimliyi bəlli olan yığmamızın oynayacağı məkan da dəqiqləşib.
AVRO-2015-in elit raundunda VII qrupda yer alan U-19 öz oyunlarını Fransada keçirəcək. İngiltərə, Danimarka və meydan sahiblərinin də mübarizə aparacağı turnir 2015-ci il martın 26, 28 və 31-də keçiriləcək.
AVRO-2015-in elit raundunda çıxış edəcək U-17 isə ev sahibi kimi mübarizə aparacaq. 2015-ci il martın 17, 19 və 22-də Azərbaycanda keçiriləcək II qrupun oyunlarda millimiz Portuqaliya, Xorvatiya və Serbiya ilə qüvvəsini sınayacaq.
U-19-lar arasında AVRO-2016-nın seçmə mərhələ oyunlarında da yığmamız evdə oynayacaq. V qrupda Türkiyə, Ukrayna, Bosniya və Herseqovina ilə üz-üzə gələcək komandamız oyunlarını 2015-ci il noyabrın 10, 12 və 15-də keçirəcək.
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək