Portuqaliya millisinin baş məşqçisinin cəzası azaldıldı
24.03.2015 - 01:05
Portuqaliya millisinin baş məşqçisinin cəzası azaldıldı

İdman Arbitraj Məhkəməsi (CAS) Portuqaliya millisinin baş məşqçisi Fernando Santuşun apellyasiyasını təmin edib. Apasport.az saytının məlumatına görə, CAS 60 yaşlı mütəxəssisin cəzasını azaldıb.

 

Belə ki, İdman Arbitraj Məhkəməsi Santuşun 8 oyunluq cəzanı 4 matça endirib. Bundan başqa, o, 20 min avro yox, 10 min avro cərimə ödəyəcək.

 

Həmçinin Santuşa altı aylıq sınaq müddəti verilmişdi. Əgər mütəxəssis yenidən FİFA qaydalarını pozacaqsa, onda avtomatik iki oyunluq diskvalifikasiya ediləcək.

 

Qeyd edək ki, Fernando Santuş daha əvvəl rəhbərlik etdiyi Yunanıstan millisinin DÇ-2014-ün 1/8 finalında Kosta-Rika ilə oyunun əlavə vaxtında matçın hakimi Ben Villamsla mübahisə etdiyi üçün 8 oyunluq cəzalandırılmışdı.