Portuqaliya yığması Azərbaycanla oyuna 3 itki ilə çıxacaq
05.09.2014 - 08:21
Portuqaliya yığması Azərbaycanla oyuna 3 itki ilə çıxacaq

Azərbaycan millisinin 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin son oyunundakı rəqibi Portuqaliya ciddi itkilərlə üzləşib. Apasport.az saytının məlumatına görə, 7 oyunda 7 qələbə qazanan pireneylilər sentyabrın 9-daki qarşılaşmaya 3 itki ilə çıxacaq.

 

Buna Norveçlə sentyabrın 4-də Norveçə qarşı səfər oyununda (2:1) baş verənlər səbəb olub. Belə ki, pireneylilərin bir futbolçusu zədələnib, ikisi isə cəzalı duruma düşüb.

 

Matçın 41-ci dəqiqəsində xəsarət aldığı üçün meydanı tərk edən Qonçalo Pasiensa millimizə qarşı oynaya bilməyəcək. 3 qolla komandasının bombardiri olan Bernardo Silva və komandanın kapitanı Serxio Oliveyra növbəti sarı vərəqəsini alıb. Bu da onların növbəti matçı buraxması ilə nəticələnib.

 

Qeyd edək ki, sentyabrın 9-da baş tutacaq Portuqaliya – Azərbaycan qarşılaşması Rio-Mayor şəhərində keçiriləcək.