Premyer Liqa klubu Almaniyadan futbolçu aldı
15.02.2016 - 22:27
"Liverpul" heyətinə yeni futbolçu cəlb edib. Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi Almaniyanın "Şalke" klubundan Joel Matipi heyətinə qatıb.
Bu barədə alman klubunun rəsmi saytı xəbər yayıb. Matip mövsüm başa çatdıqdan sonra "Liverpul"a keçəcək.
Kamerunlu futbolçu “Liverpul”a havayı başa gəlib. Belə ki, mövsümün sonunda almanlarla müqaviləsi başa çatacaq yarımmüdafiəçi üçün təzminat ödənilməyəcək.
Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi "Şalke" forması ilə meydana çıxdığı 26 matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0