“Mançester Yunayted”in müdafiəçisi Kris Smollinq üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 25 yaşlı futbolçu İngiltərə Premyer Liqasında XXV turu çərçivəsində evdə “Bernli” ilə matçda meydana 5-ci dəqiqədə daxil olub.
Fil Consla əvəzlənən Smollinq 1 dəqiqə sonra hesabı açıb. Bununla da o, Premyer Liqa tarixində meydana daxil olandan sonra ən sürətli qol vuran futbolçu adınaı qazanıb. Kris fasiləyə qədər də daha bir qola imza atıb.
Xatırladaq ki, hazırda davam edən oyunda “Mançester Yunayted” 2:1 hesabı ilə öndədi.
Qeyd edək ki, daha əvvəlki rekord “Aston Villa”nın oyunçusu Culian Yoahimə məxsusdu. O, 1996-cı ilin avqustunda 19-cu dəqiqədə əvəzetmədən sonra fərqlənib.