Premyer Liqada baş məşqçi təyinatı rəsmiləşdi
19.05.2014 - 17:42
Premyer Liqada baş məşqçi təyinatı rəsmiləşdi

İngiltərənin “Mançester Yunayted” klubu baş məşqçi məsələsini həll edib. Apasport.az saytının məlumatına görə, hollandiyalı Lui van Qal rəsmən klubun baş məşqçisi olub.

Bu təyinatın gerçəkləşməsini Mançester təmsilçisinin rəsmi saytı açıqlayıb. Bildirilir ki, 62 yaşlı mütəxəssis Braziliyada keçirilən dünya çempionatının final mərhələsindən sonra yeni postunda işinə başlayacaq.

Mundiala Hollandiya yığmasını aparan van Qalla Premyer Liqa klubu arasında 3 illik müqavilə imzalanıb. Onun köməkçiləri arasında Devid Moyesin istefasından sonra komandaya rəhbərlik edən uelsli Rayan Qiqqz də olacaq.