Bakının “İnter” klubu 22 oyundu 1-dən artıq ol buraxmır. Apasport.az saytının məlumatına görə, cari mövsüm Topaz Premyer Liqasının 20 görüşünün heç birində 2 və ya daha çox qol buraxmayan paytaxt təmsilçisi ötən çempionatın son iki oyununda da belə etibarlı müdafiə xəttinə malik idi.
Kaxaber Sxadadzenin yetirmələrinin bu nəticəsi isə hazırda dünya rekordu sayılır. Planetin heç bir klubu bu qədər müddətdə belə seriya ilə öyünə bilməz.
Davam edən seriyalar arasında 2-ci Rusiya “Kamaz”ıdı – 21 oyun. Sloveniya təmsilçisi “Selye” isə 20 matçlıq seriyaya malikdi.
Qeyd edək ki, “İnter”ə sonuncu dəfə 1-dən artıq qol vuran “Qarabağ”dı. Ağdamlılar 2014-cü il mayın 7-də bakılıları 4:1 hesabı ilə məğlub edib.