Premyer Liqada ilin ilk qolu
01.01.2015 - 20:50
Premyer Liqada ilin ilk qolu

Bu gün İngiltərə Premyer Liqasında XX tura start verilib. Apasport.az saytının məlumatına görə, “Dumanlı Albion”da 2015-ci ilin ilk qolu vurulub.

 

Turun açılış matçında keçirilən “Stok Siti” – “Mançester Yunayted” qarşılaşmasında meydan sahiblərinin mərkəz müdafiəçisi Rayan Şoukross fərqlənib. 27 yaşı oyunçu görüşün 2-ci dəqiqəsində qonaqları cəzalandırıb. Lakin 26-cı dəqiqədə Radamel Falkao hesabı bərabərləşdirib.

 

Görüşdə bundan başqa daha qol olmayıb və oyun 1:1 hesabı ilə başa çatıb.