Premyer Liqada XX turun ən yaxşı oyunçusu
13.02.2014 - 20:14
Premyer Liqada XX turun ən yaxşı oyunçusu

Topaz Premyer Liqasında XX turun rəmzi komandası və ən yaxşı oyunçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi analitik məlumatlara əsasən ötən turun ən yaxşı 11-liyi aşağıdakı kimidir:

 

Qapıçı – Lukaş Sapela (Rəvan)

 

Müdafiəçilər – Vanderson Skarduelli (Xəzər Lənkəran), Brüs Abdulaye (İnter), Bədavi Hüseynov (Qarabağ), İlqar Qurbanov (Qarabağ)

 

Yarımmüdafiəçilər – Reynaldo Silva (Qarabağ), Riçard Almeyda (Qarabağ), Marinaldo Silva (Qarabağ), Ağabala Ramazanov (Xəzər Lənkəran)

 

Hücumçular – Vaqif Cavadov (İnter), Franka Nildo (Xəzər Lənkəran)

 

Turun ən yaxşı oyunçusu “İnter”in hücumçusu Vaqif Cavadovdur.

 

Mənbə: pfl.az