Prezident dünya çempionatını boykot etməməyə çağırdı
02.09.2014 - 23:28
Prezident dünya çempionatını boykot etməməyə çağırdı

Almaniya Futbol İttifaqının prezidenti Volfqanq Nirsbax maraqlı açıqlaması ilə diqqət çəkib. Apasport.az saytının məlumatına görə, futbol məmuru Ukraynada siyasi vəziyyətlə əlaqədar olaraq Rusiyada 2018-ci ildə keçiriləcək dünya çempionatını boykot etməməyə çağırıb.

 

Nirsbax bildirib ki, belə addım idmana ziyandan başqa heç nə verə bilməz: “1980-ci ildə Olimpiadanın boykotu idmana ziyandan başqa heç nə gətirmədi. O zaman düşünürdülər ki, idman hökumətə təzyiqi göstərə bilər. İndi heç kəs bizə boykot haqqında deyə bilməz. Eyni zamanda siyasətdən kənara çəkilmək lazımdır. Biz idmanın sərhədlərini harada dərk etməliyik. İdman müəyyən problemlərə təsir edə bilər”.