Prezident dilinin bəlasına düşdü
07.10.2014 - 21:10
Prezident dilinin bəlasına düşdü

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İntizam Komitəsi İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkionu cəzalandırıb. Apasport.az saytının məlumatına görə, buna səbəb məmurun yayda prezident postuna seçkiqabağı kampaniyası zamanı irqçi qalmaqalı səbəb olub.

 

Belə ki, Tavekkionu Afrikadan olan oyunçuların ünvanına təhqiramiz ifadələr işlədib. Bundan sonra yerli KİV onun diskreditasiyası üzrə genişmiqyaslı kampaniya açıb və FİFA-ya da federasiya rəhbərinin bəyanatı haqqında araşdırmanın keçirilməsi xahiş ediblər.

 

Həmçinin Karlo öz seçkiqabağı kompaniyasında İtaliya çempionatının İngiltərə Premyer Liqasının təcrübəsini qəbul etmək lazımdır ifadəsi işlədib. O bildirib ki, çempionatda çıxış etməyi arzu edən Avropa Birliyinə daxil olmayan ölkələrdən futbolçularının qarşısına əvvəlcə yüksək tələblər qoymalıdır.

 

Bundan sonra da UEFA-nın İntizam Komitəsi Tavekkioya 6 aylıq haqq məhrumiyyəti cəzası verib. Həmçinin Karlo 2015-ci ilin 24 martında keçiriləcək UEFA konqressində iştirak etmək hüququndan da məhrum edilib.

 

Verilən cəzadan sonra isə Tavekkio cəzanın qəbul etdiyini və buna etiraz etməmək üçün Beynəlxalq İdman Arbitraj Məhkəməsinə hər hansı bir etirazını bildirməyəcəyini dilə gətirib.

 

Qeyd edək ki, 71 məmur seçkiqabağı kompaniya zamanı İtaliyaya son illərdə keyfiyyətli afrikalı oyunçuların gəlmədiyini vurğulayıb. “İngiltərə Afrikadan oyunçuları profsiyanallığına görə alır və geniş şəkildə incələyir. Bizdə isə daha əvvəl banan yeyən “Opti Poba” (Xəyali ad) “Latsio”da oynaya bilər” – deyə, Tavekkio bildirib. 

0