Prosineçki Antalyada sədrlə görüşdü
16.01.2015 - 17:39
Antalyada səfərdə olan Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovla görüşüb. Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşdə ölkə klublarının məşq prosesləri, yoxlama oyunları, milli komandaya namizəd futbolçular barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, hər iki mütəxəssis Topaz Premyer Liqası klublarının təlim-məşq prosesini və yoxlama oyunlarını izləmək məqsədilə Türkiyədə səfərdədi.
0
0