Prosineçki Arif Əsədovla görüşdü
15.01.2015 - 11:35
Prosineçki Arif Əsədovla görüşdü

Azərbaycan millisinin məşqçilər korpusu Türkiyədə təlim-məşq toplanışında olan Topaz Premyer Liqası klublarının daha bir neçə oyununu izləyib. Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, həm klubların və yığma komandaların hazırlıq prosesini yaxından izləyən millimizin baş məşqçisi Robert Prosineçki dünən “Neftçi” -  “Hajer” (Səudiyyə Ərəbistanı) oyununa baxıb.

 

Qarşılaşmadan sonra xorvatiyalı mütəxəssis və U-21-in baş məşqçisi Yaşar Vahabzadə “Neftçi”nin çalışdırıcısı Arif Əsədovla görüşüblər. Əsas millinin köməkçi məşqçiləri Elxan Abdullayev, Draqan Spasiç, Qordan Tsipriç, Yanko Yankoviç, Faiq Əzizov və Babək Alxasov “Xəzər Lənkəran” – “Kemnitser” (Almaniya), Elxan Abdullayev, Draqan Spasiç, Yanko Yankoviç və Babək Alxasov “Qəbələ” – “Əskişəhərspor” (Türkiyə), Faiq Əzizov və Qordan Tsipriç isə “İnter” – “Kayrat” (Qazaxıstan) qarşılaşmasını izləyiblər.