Prosineçkinin “yox” dediyi komanda Feliks Maqata tapşırılır
06.12.2014 - 16:50
Prosineçkinin “yox” dediyi komanda Feliks Maqata tapşırılır

“Bavariya”nın sabiq çalışdırıcısı Feliks Maqat Bosniya və Herseqovina millisinin “sükanı arxasına” keçə bilər. Apasport.az-ın məlumatına görə, yerli futbol federasiyası bununla bağlı Maqata təklif göndərib.

 

Təcrübəli mütəxəssis artıq buna reaksiya da verib. O, Bosniya və Herseqovina millisini çalışdırmağa hazır olduğunu deyib: “Bosniyanın böyük istedada malik oyunçuları var. Mən bu komandaya kömək edə bilərəm”.

 

Əlavə edək ki, Bosniya və Herseqovina millisi AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində yer aldığı B qrupunda cəmi 2 xal toplayıb. İsrailə son məğlubiyyət (0:3) baş məşqçi Safet Susiçin istefaya göndərilməsi ilə nəticələnmişdi.

 

Qeyd edək ki, Azərbaycan yığmasının yeni baş məşqçisi Robert Prosineçki millimizə keçməmişdən əvvəl bosniyalılardan təklif almış, lakin qəbul etməmişdi.