PSJ-də 2 müqavilə birdən
21.02.2014 - 07:43
PSJ-də 2 müqavilə birdən

PSJ iki futbolçusu, Bles Matyuidi və Maksvell ilə müqaviləni yeniləyib. Apasport.az-ın məlumatına görə, bu barədə Fransa mətbuatı məlumat yayıb.

 

Yerli KİV-in kluba yaxın mənbədən əldə etdiyi məlumatlara görə, hələlik bu sözləşlələrin detalları ilə bağlı ətraflı məlumat verilməysə də, hər iki futbolçunun da maaşında artım olduğu müəyyənləşib.

 

Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi Matyuidi 2007-ci ildə digər Fransa təmsilçisi “Trua”dan Paris klubuna keçib. Braziliya millisinin də üzvü olan 32 yaşlı müdafiəçi Maksvell isə 2012-ci ildə İspaniya “Barselona”sından transfer olunub.