PSJ-də Kavani şoku
14.02.2014 - 05:57
PSJ-də Kavani şoku

PSJ-nin uruqvaylı hücumçusu Edinson Kavani Çempionlar Liqasının 1/8 finalındakı “Bayer” (Leverkusen) ilə ilk matçda komandasına kömək edə bilməyəcək. Apasport.az-ın məlumatına görə, bu barədə Fransa mətbuatı xəbər yayıb.

 

Belə ki, ombasından zədəli olan 26 yaşlı futbolçunun təxminən iki həftə yaşıl meydanlardan uzaq qalacağı deyilir. 

 

Qeyd edək ki, "Bayer" - PSJ qarşılaşması fevralın 18-də Almaniyada keçiriləcək.