PSJ-dən 19 yaşlı futbolçu üçün 40 milyon
06.02.2014 - 22:37
PSJ-dən 19 yaşlı futbolçu üçün 40 milyon

 “Mançester Yunayted”in gənc futbolçusu Adnan Yanuzayı karyerasını Fransa çempionatında davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə İngiltərənin “Daily Star” nəşri xəbər yayıb.

 

Belə ki, PSJ 19 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq üçün ciddi şəkildə çalışır. “Qırmızı şeytanlar” belçikalı futbolçunu əldən vermək istəməsə də, Paris klubu bu keçidi həll etmək üçün 40 milyon funt-sterlinq xərcləməyə hazırdır.

 

Qeyd edək ki, Adnan 2011-ci ildə ölkəsinin “Anderlext” klubundan İngiltərə təmsilçisinə keçmişdi. O, cari mövsüm Premyer Liqada 17 matça çıxıb və 3 qol vurub.