PSJ-dən transfer açıqlaması
28.01.2014 - 22:11
PSJ-dən transfer açıqlaması

İngiltərə “Nyukasl”ının futbolçusu Yohan Kabaye karyerasını PSJ-də davam etdirəcək. Apasport.az saytının xəbərinə görə, bu barədə Fransa təmsilçisinin prezidenti Nasser Əl-Xəlafi “L'Equip”ə açıqlamasında məlumat verib.

 

Klub rəhbəri bu keçidi belə izah edib: “Birincisi, bizim üçün həqiqətən yaxşı futbolçudur. İkincisi, özüm gördüm. Üçüncüsü, fransalıdır. Fransalı oyunçular bizim üçün çox önəmlidir”.

 

Qeyd edək ki, Fransa millisinin də üzvü olan 28 yaşlı yarımüdafiəçi 2011-ci ildə ölkəsinin “Lill” klubundan “Nyukasl”a keçib.