PSJ 60 milyon cərimə ödəyəcək
17.05.2014 - 06:11
PSJ 60 milyon cərimə ödəyəcək

 

UEFA Fransanın “Pari Sen-Jermen” klubunu ağır cəzalandıracaq. Apasport.az saytının məlumatına görə, cəza klubun maliyyə fair-play qaydalarını pozması səbəbindən tətbiq ediləcək.

 

Qərar görə, PSJ 60 milyon avro cərimə ödəməlidir. Bundan əlavə, klub 2014/2015-ci illər mövsümündə Çempionlar Liqasında çıxışı zamanı ehtiyat oyunçular skamyasını xeyli məhdudlaşdırmalı olacaq. Digər klublar sifariş ərizəsində 25 oyunçu göstərdikləri halda, PSJ ərizəyə cəmi 21 futbolçunun adını daxil edə biləcək.